Salyanda maşın oğruları ələ keçdi

Salyanda maşın oğruları ələ keçdi
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Coşqun Qurbanova məxsus \"VAZ-2106\" markalı avtomaşını qaçıran Salyan şəhər sakini Tahir İsmayılov və Bakı şəhər sakini Ağarza Bağırov tutulublar. Dindirmələr zamanı onlar törətdikləri əməli etiraf edib. Avtomaşının hissələri sökülmüş vəziyyətdə rayon ərazisində tapılaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə