Xəzər rayonunda piyada vuruldu

Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, yolu keçmək istəyən 21 yaşlı Məcnunov Səbuhi Məcid oğlunu 27 yaşlı Əsgərov Hörmət İdris oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə vurulub. Dərhal Xəzər rayon polis idarəsinin əməkdaşları əraziyə gəlib. Piyadanın ölümü faktı ilə bağlı Xəzər rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə