Biləsuvar sakini həmkəndlisini güllələdi. Hadisə rayonun Ovçubərə kəndində baş verib. SİA-nın verdiyi məlumata görə, kənd sakini Nazim Mikayılov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Səttar Həşimovu güllələyib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nazim Mikayılov tutularaq istintaqa təhvil verilib. Mikayılovun evinə baxış zamanı 1 ədəd ov tüfəngi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB