Şirvan şəhərində ikimərtəbəli yaşayış binasının 2 mənzili tamamilə yanıb. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün səhər saat 09:15 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yerləşən 18 mənzilli 203 saylı yaşayış binasının Rzayev Rza Əlirza oğluna məxsus 8 və Əhmədov Mirhüseyn oğluna məxsus 35 nömrəli mənzillərdə elektrik cərəyanında yaranmış qısa qapanma nəticəsində yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmayıb. Qonşuların sözlərinə görə həmin ünvanlarda qaraçılar kirayə qalıblar. Şirvan şəhər Yanğından Mühafizə İdarəsi hadisə yerinə gələrək yanğını söndürməyə müvəffəq olub.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB