Keçmiş rəis Namiq Ələkbərov intihar edib-YENİLƏNİB

Keçmiş rəis Namiq Ələkbərov intihar edib-YENİLƏNİB
Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının keçmiş rəisi Namiq Ələkbərovun ölümü ilə bağlı iki maddə ilə cinayət işi açılıb. SİA-nın verdiyi məlumata görə, Yasamal rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdırma və 228-ci-qanunsuz olaraq odlu silahları saxlama maddələrilə cinayət işi başlanılıb. Hadisə yeri Yasamal rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları tərəfindən müayinə edilib. Həmçinin Namiq Ələkbərovun meyiti müayinə olunub. Hadisənin intihar olduğu qənaəti əldə edilib. Namiq Ələkbərov \"Makarov\" tipli tapança ilə öz alın nahiyəsinə güllə atmaqla intihar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə