Azərbaycan Ordusunun zabitləri dəm qazından zəhərləniblər. SİA-nın verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, Ə. Cəlil küçəsi, 51 ünvanında qeydə alınıb. Milli Ordunun həmin ünvanda kirayədə yaşayan zabitləri - Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 22 yaşlı Məmmədov Əbülfət Vəli oğlu, Goranboy sakini, 22 yaşlı Qasımov Rafiq Nəsib oğlu və 22 yaşlı Məmiyev Elməddin Zamin oğlu dəm qazından zəhərləniblər. Onlardan Ə. Məmmədov hadisə yerində dünyasını dəyişib. Digər iki zabit isə hospitala yerləşdirilib. Qeyd edək ki, onların hər üçü leytenantdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB