Bu gün 19:00 radələrində Bakının Nərimanov rayonunda qaçqınların müvəqqəti məskunlaşdığı yataqxanada yanğın hadisəsi qeydə alınıb. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Təbriz küçəsində, konkret olaraq Azərbaycan Dillər Universitetinin yeni binası ilə üzbəüz yataqxananın liftində elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinin yanğınsöndürmə dəstəsi cəlb edilib. Binanın birinci mərtəbəsində başlayan yanğın yanğınsöndürənlərin operativ müdaxiləsindən sonra söndürülüb. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB