Cəzaçəkmə müəssisəsindən qaçan məhkum MTN əməliyyat qrupu tərəfindən yaxalanıb - FOTO

Cəzaçəkmə müəssisəsindən qaçan məhkum MTN əməliyyat qrupu tərəfindən yaxalanıb - FOTO

Dekabr ayının 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun MTCM-dən qaçması barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat daxil olub.

MTN-in İctimai əlaqələr Mərkəzindən SİA-ya verilən xəbərə görə, Faktla bağlı Milli Təhlükəsizlik Nazirliynin (MTN) müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilmiş və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 2011-ci il dekabr ayının 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən "Asfar" qapalı futbol kompleksinin ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanmış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə