Zabrat qəsəbəsinin yeni yaşayış sahəsində Arif Hənifəyevə qarın nahiyəsindən bıçaqla xəsarət yetirilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A.Hənifəyev xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Rəşid Qurbanov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Digər bir hadisə isə paytaxtın F.X.Xoyski küçəsində baş verib. Belə ki həmin ərazidə yaşayan Əşrəf Mərdiyevə də qarın nahiyəsindən bıçaqla xəsarət yetirilib. Yaralı 5 saylı xəstəxanaya çatdırılıb. Hadisəni törətmiş Amil Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB