Sərnişin avtobusu qəzaya uğrayıb, 20 nəfər ölüb

Sərnişin avtobusu qəzaya uğrayıb, 20 nəfər ölüb

Kamerunun paytaxtı Yaunda şəhərindən 200 km cənubda tələfatla nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu yol kənarındakı yük maşınına çırpılaraq alışıb.

Nəticədə, 20 nəfər ölüb, 30 nəfər xəsarət alıb. İlkin ehtimala görə, qəzaya avtobusun yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə