Bakı-Sumqayıt yolunda avtobusla avtomobil toqquşub

Bakı-Sumqayıt yolunda avtobusla avtomobil toqquşub

Bu gün Bakı-Sumqayıt yolunda yol qəzası qəza baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda, Bakı-Sumqayıt yolunda \"QAZ\" markalı minik avtomobili və \"Daewoo\" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, \"QAZ\" markalı minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə