Bərdədə dost dostu qətlə yetirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, həm sinif yoldaşı, həm də dost olan gənclər aralarında düşən mübahisəni aydınlaşdırmaq istəsələr də, sonda qan töküblər.
Rayonun Xanxanımlı kəndi ərazisində baş verən hadisədə kənd sakini, 27 yaşlı Elmədin Nəcəfov həmkəndlisi, 26 yaşlı Zamiq Cabbarovu oğlunu qətlə yetirib. Elmədin Nəcəfov mübahisə zamanı dostu Zamqin başına çomaqla zərbə endirib. Başından aldığı xəsarətdən yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB