Aşura günü ölənlərin sayı 58 nəfərə çatdı

Aşura günü ölənlərin sayı 58 nəfərə çatdı

Bu gün Əfqanıstanın paytaxtı Kabildə Aşura günü münasibəti ilə şiələrin toplaşdığı ziyarətgahda törədilən partlayış nəticəsində həyatını itirənlərin sayı 54 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əfqanıstan Səhiyyə Nazirliyinin təmsilçisi Səid Kəbir Əmir deyib ki, 160 nəfərə qədər insan yaralanıb.

Bu gün Məzar-Şərif şəhərində baş verən terror aktında ölənlərin sayında isə dəyişiklik yoxdur. Məzar-Şərifdə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə