İndoneziyanın Cənubi Sulavesi əyalətinin inzibati mərkəzi Makasar şəhərində sürüşmə əleyhinə inşa edilmiş hündürlüyü 6 metr olan divar uçub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə, yaxınlıqdakı tikililərin zədələndiyi, 10 nəfərin öldüyü, 1 nəfərin xəsarət aldığı, təxminən, 9 nəfərin uçqun altında qaldığı bildirilir.
Uçquna aramsız yağışların səbəb olduğu ehtimal edilir. Hadisə ilə əlaqədar zəruri işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB