Dominikan Respublikasının şimal-şərq sahilləri yaxınlığında gəmi qəzası baş verib. Bildirilir ki, göyərtəsində, təxminən, 95 nəfərin olduğu, Puerto-Riko istiqamətində hərəkət edən yelkənli gəmi sualtı qayaya çırpılaraq batıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, nəticədə, 3 nəfər ölüb, onlarla insan itkin düşüb.
Ehtimal olunur ki, qəza qurbanları qeyri-qanuni mühacirlərdir. Hadisənin səbəbi barədə məlumat verilmir. Ərazidə müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB