Cəlilabadda zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 13.42-də Сəlilabad rayonundan 15 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3.20, dərinliyi 10 km olub. Təkanlar hiss edilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə