Paytaxtın İnşaatçılar prospektində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi "Hyundai-Sonata" markalı avtomobillə Səbuhi Xanlarovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb. Heydər Əliyev prospektində Bakı şəhər sakini Sevinc Rüstəmova idarə etdiyi "Mercedes" markalı avtomaşınla Rəna Quliyevanı vurub. Piyada hadisə yerində ölmüb. Bülbülə qəsəbəsində isə paytaxt sakini Çingiz Kərimov sürdüyü "VAZ-2107" markalı avtomobillə qəsəbə sakini Adil Ağayevi vurub. Piyada hadisə yerində ölüb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər üç faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB