Goranboyda oğurluq hadisəsi olub
Yevlax şəhər sakini 24 yaşlı Bəkirov Şahin Mustafa oğlu, Nadirov Nəriman Çingiz oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində bu gün saat 12:00 radələrində Goranboy rayonu Səfikürd kəndində yerləşən Həbibov Arif Nəriman oğlunun evinə qanunsuz daxil olublar. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, onlar evin yataq otağında olan sandığın içərisində saxlanılan 500 manat dəyərində 1 ədəd qızıl boyunbağı və bilərziyi, 140 manat dəyərində üzərində briliyant qaşları olan qızıl nişan üzüyünü, 300 manat dəyərində 1 ədəd qızıl üzük-sırğa dəstini, 100 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü, 120 manat dəyərində 2 cüt uşaq üçün qızıl sırğanı, 70 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 50 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, cəmi 1360 manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurlayıblar.

Bundan başqa, Şahin Bəkirov təkrarən Nadirov Nəriman Çingiz oğlu və Bəkirov Samir İsrəfil oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində 19 noyаbr 2011-ci il tarixində saat 13:00 radələrində Əliyev Araz Xasay oğlunun Goranboy rayonu Balakürd kəndində yerləşən evinə qanunsuz daxil olub. 360 manat dəyərində bir ədəd üzərində briliyant qaşları olan qızıl kişi üzüyünü, 60 manat dəyərində bir ədəd qaşı olmayan nazik qızıl üzüyü, 450 manat dəyərində bir ədəd qadın üçün qızıl boyunbağını, 140 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 180 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 150 manat dəyərində bir cüt uşaq üçün ağ rəngli sadə qaşları olan qızıl sırğanı, cəmi 1340 manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurlayıblar.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə