Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya uğrayıb

Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya uğrayıb

Bu gün Hacıqabul rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun müxbirinin məlumatına görə, Bakı-Qazax yolunun 87-ci kilometrliyində Hacıqabul sakini Nəcəfov Vadərin idarə etdiyi "İSSUSA" markalı 90 GX 903 nömrə nişanlı mikroavtobus texniki nasazlıq ucbatından idarə etməni itirərək yoldan çıxıb və su kanalına düşüb. Xoşbəxtlikdən maşında olan 25 sərnişindən heç biri xəsarət almayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə