Bakıda yaşayış binasında uçqun olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib. İkimərtəbəli çoxmənzilli yaşayış binasında uçqun baş verməsi barədə nazirliyə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat qrupu çıxıb. Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 1-ci mərtəbəsində uzunluğu, təxminən, 6 metr olan divar uçub, divarın dağıntıları giriş qapısına tökülüb, habelə yaxınlıqdan keçən qaz xəttini zədələnib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını uçqundan təmizləyib, 2 nəfər sakinə lazımi köməklik göstəriblər. Habelə qaz xəttinin zədələnməsi ilə əlaqədar yaranmış qaz sızmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB