Dünən Azərbaycanda 8 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünən Şirvan şəhər sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindəki dəm qazından zəhərləniblər.
Həmçinin, Sumqayıt şəhər sakini Sənan Abdullayev, Pərvin Dadaşova, Sevinc Ağayeva və Xırdalan şəhər sakini Elnarə Aslanova, Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko da dəm qazından zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər. Xəstələrin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, son zamanlar qazla ehtiyatsız davranış nəticəsində dəm qazından zəhərlənmə halları çoxalıb. Belə ki, təkcə bu həftə ərzində 49 nəfər dəm qazından zəhərlənib ki, onlardan da 3 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB