Mağazalardan oğurluq edən şəxs yaxalandı

Mağazadan 350 manat pul oğurlayan Xaçmaz rayon sakini İlham Abdullayev tutulub. SİA-nın verdiyi məlumata görə, Qardağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sevdimalı Məmmədova məxsus mağazadan 350 manat pul oğurlayan Xaçmaz rayon sakini İlham Abdullayev həbs edilib. Qeyd edək ki, İlham Abdullayev əvvəllərdə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Qaradağ RPİ-də araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə