Dünən gecə saatlarında Ukraynanın paytaxtındakı Marina parkında aclıq aksiyası keçirən Çernobıl əlillərini Ukrayna polisi dağıtmağa çalışıb. SİA-nın Ukrayna bürosunun məlumatına görə, aclıq keçirənlərin sözlərinə görə, polislə yanaşı burada kriminal insanlar da olub. Bu gün yerli saatla 15-00 radələrində Kiyevin mərkəzi küçəsi sayılan Xrişatik meydanında Çernobıl əlilləri mitinq keçirib. Təşkilatçılardan biri Serqey Melniçenko mətbuata açıqlama verərək deyib ki, polis qanunları kobudcasına pozub: "Biz sadəcə parkda öz fikrimizi aclıq elan etməklə bildirimək istəyirdik, polis isə təzyiq göstərir. Biz də buna görə mitinq etmək qərarına gəldik\".
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun məhkəməsi isə bağlı qapılar arxasında keçirilir. Məlum olduğu kimi Timoşenkonun işi lə bağlı apelyasiya şikayəti verilib. Bununla bağlı keçirilən məhkəməyə jurnalistlər, hətta deputatlar buraxılmayıb. Bu barədə mətbuata Y.Timoşenkonun mətbuat xidməti Marina Soroka məlumat verib: "Cəmiyyət istəyir ki, apelyasiya şikayətilə bağlı məlumatlansın, buna görə məhkəməyə jurnalistlərin buraxılması vacibdir. Lakin Ukrayna qanunlarına görə jurnalistlərin peşə fəaliyyəti kobudcasına pozulur, onlar içəri buraxılmırlar. Nəinki jurnalistlər, hətta deputatlardan Oleksandır Turçinov, Volodimir Yaroviskiy, Serqey Podqorniy də içəri daxil olarkən "Berqutçuların" müqavimətinə rast gəliblər. Səhər 9.00-da da məhkəmə başlayanda hakimi kənardan görsək də işin mahiyyəti və nəticə ilə bağlı heç nədən xəbərimiz olmadı\".
ƏLMANİZ ƏLƏKBƏRLİ
ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ VƏ UKRAYNA BÜROSU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB