Ötən gün axşam saatlarından başlayan güclü külək Ağdamda elektirik təsərrüfatına ziyan vurub.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, güclü külək rayonun bəzi ərazilərində elektrik enerjisini dayandırıb. Külək həmçinin elektrik xəttlərinin sıradan çıxartması nəticəsində Quzanlı qəsəbəsi və bəzi kəndlərdə elektrik enerjisinin verilişi dayandırlıb.
Güclü külək rayonun Quzanlı qəsəbəsində məcburi köçkünün müvəqqəti məskunlaşdığı evinin üstünü atıb. Rayon paylayıcı elektrik şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib. Bu gün artıq rayonda enerjinin verilişi bərpa edilib.
Dağılmış evin üstü adiyəti qurumlar tərəfindən bərpa edilir.
Qeyd edək ki, dəymiş ziyan aradan qaldırılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB