Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakinləri Zaur Novruzov, Tariyel Manafov və Salyan şəhər sakini Ələddin Əliyev narkotik vasitə satarkən tutulublar. Onlardan 500 qram həşiş və 0,446 qram heroin götürülüb. Araşdırmalar zamanı onların narkotik vasitəni Cəlilabad şəhər sakini Əkbər Əliyevdən almaları müəyyən edilib. Cəlilabad RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Əliyev də tutulub. Ondan 500,17 qram həşiş və 15,028 qram heroin götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB