Rəsmi Londonun İranın nüvə proqramına yönəlik sanksiyalarına etiraz edən və Böyük Britaniya Səfirliyini ölkəni tərk etməsini istəyən iranlı tələbələr Tehrandakı ingilis səfirliyinə hücum ediblər.
SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, tələbələr tərəfindən paytaxt Tehrandakı ingilis səfirliyinə və şəhərin şimalında olan səfirliyə aid bir binaya daş və dəyənəklə hücumlar olunub. Səfirliyə hücum, İran Parlamentinin bazar günü İngiltərə ilə diplomatik əlaqələrin aşağı səviyyəyə endirməsi və İngiltərənin Tehrandakı səfiri Dominik Jon Hilkottu iki həftə ərzində ölkədən deportasiya etməsi haqqında qərarı verməsindən sonra baş verib. Londonun İrana qarşı tətbiq etdiyi sərt sanksiya qərarlarına etiraz edən və iranlı fizik-alim Macid Şahriarinin ölümündən İsrail və ingilis xarici kəşfiyyat xidmətləri MOSSAD ilə Mİ6-ı günahkar sayan tələbələr bina qarşısında etiraz aksiyası təşkil edib. Ancaq etirazçılar daha sonra səfirlik binasının girişindəki dəmir darvazaya dırmanaraq ingilis bayrağını endirərək yandırıblar və yerinə İran bayrağı asıblar.
Alimin qətlinin ildönümündə təşkil edilən hücumda səfirlik əməkdaşları arxa qapıdan binanı tərk ediblər, 6 əməkdaş isə nümayişçilər tərəfindən girov götürülüb. Səfirlik binasının şüşələrini sındıran və sənədləri pəncərədən çölə atan nümayişçilər, ingilis və İsrail bayraqlarını yandırıblar. "İngiltərəyə ölüm" , "ABŞ və İsrailə ölüm" şüarları səsləndiriblər. Nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Daha sonra İran polisi girov götürülmüş altı nəfəri azad edib.
Tehrandakı səfirliyə yönəlik hücumun böyük qalmaqal və qəbuledilməz olduğunu deyən İngiltərənin Xarici İşlər Nazirliyi hücumu pislədiklərini qeyd edib. Nazirlik İrandakı bütün vətəndaşlarından evlərində qalmalarını və hər hansı bir reaksiya göstərməmələrini istəyib. İngiltərə-İran əlaqələrindəki gərginlik, İranın nüvə proqramı səbəbindən davam edərkən, İngiltərənin maliyyə naziri Corc Osborne keçən həftə ölkəsinin İran bankları ilə bütün əlaqələri, əməkdaşlığı kəsdiyini açıqlamışdı.
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın bu ölkədəki səfirliyinin binasına edilən hücumla bağlı bəyanat yayıb.
Bəyanatda belə bir hadisənin baş verməsindən təəssüf bildirilir. Eyni zamanda bəyanatda İran XİN-in beynəlxalq qanunvericiliyə hörmət bəslədiyi və məsələyə ilə bağlı aidiyyəti orqanlardan müvafiq addımlar atılmasını, həmçinin ölkədəki bütün diplomatların can və mal təhlükəsizliyinin müdafiəsini tələb etdiyi qeyd olunub.
İngiltərənin Tehrandakı Səfirliyinə hücum ABŞ Səfirliyinə 1979-cu ildə təşkil edilən hücumu xatırladıb. 1979-cu ildəki İran İslam İnqilabının ardından Şah Məhəmməd Rza Pəhləvi ABŞ-a sığınmışdı. Pəhləvinin ABŞ-dan geri qaytarılmasını tələb və səfirlik binasının "casus yuvası" olduğunu iddia edən iranlı tələbələr 4 Noyabr 1979-cu ildə Tehrandakı ABŞ Səfirliyinə daxil olaraq 52 səfirlik əməkdaşını girov götürmüşdü. Girovlar 444 gün sonra, 20 Yanvar 1981-ci ildə qaytarılmışdı. Dünənki nümayişdə də ingilis səfirliyinin "casus yuvası" olduğu şüarları səsləndirilib. İranlı bir millət vəkili ötən bazar günü Parlamentdəki İngiltərə ilə bağlı müzakirələrdə, "Londonun anti-İran siyasətini davam etdirəcəyi təqdirdə 1979-cu ildə yaşanan ABŞ səfirliyinə hücumun eynisi ilə qarşı-qarşıya qala biləcəyini" söyləmişdi.
BMT-nin Təhlükəsizlik Şurası Böyük Britaniyanın İrandakı səfirliyinin binasına hücumla bağlı bəyanat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



