Bu gün İranda 9 məhbus edam edilib. SİA-nın məlumatına görə, məhbuslardan 8-i Kirmanşah vilayətində, biri isə Savə şəhərində dar ağacından asılıb. Kirmanşah vilayətinin baş prokuroru Müctəba Maliki deyib ki, vilayətdə dara çəkilən məhbuslardan 6-sı külli miqdarda narkotik maddələrin daşınması, satışı və istifadəsində günahlandırılır. Onlardan 5-i kişi, biri isə qadındır. İki nəfər isə təcavüzdə ittiham olunub. 8 məhbus da xalqın gözü qarşısında edam olunub. Savə şəhərində də bir nəfər cinsi təcavüz günahına görə ictimaiyyət qarşısında edam olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB