Dünən Qaradağ rayonu ərazisində həkimlərin öz peşəsinə səthi yanaşması nəticəsində dünyasını dəyişən 16 yaşlı Namiq Salmanov ölümü ilə bağlı Təhsil Nazirliyi açıqlama verib.
Qeyd edək ki, N.Salmanov Lökbatan qəsəbəsi ərazisində yerləşən 7 saylı peşə məktəbinin şagirdidir.
Bədbəxt hadisə də rayon poliklinikasında baş verib. Belə ki, məktəbliyə poliklinikada vərəmə qarşı peyvənd vurulandan sonra halı dəyişib və elə poliklinikanın həyətindəcə dünyasını dəyişib.
N.Salmanovun meyiti ekspertiza olunub və faktla bağlı cinayət işi açılıb.
Baş verən hadisə ilə bağlı açıqlama verən Təhsil Nazirliyindən isə bildirilir ki, mərhumun meyiti bu gün günorta saatlarında ailəsinə təhvil verilib. Hazırda Qaradağ rayon prokurorluğunda hadisə ilə əlaqədar zəruri şəxslərin izahatının alınır, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB