Bakıda peyvənd olunan şagird öldü

Bakıda peyvənd olunan şagird öldü

Bakı məktəblərindən birində ölüm hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, hadisə dünən səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən 7 saylı texniki peşə məktəbində baş verib.


Həmin məktəbin şagirdi 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlu qəflətən dünyasını dəyişib.


Hadisə yerinə Təcili Tibbi yardım stansiyasının həkimləri gəlsələr də artıq gec olub. Stansiyadan SİA-ya bildiriblər ki, həmin şagirdlərə peyvənd vurulub. Onların arasında Yasamal rayon, İsmayıl bəy Qurtqaşınlı küçəsində yaşayan N.Salmanov da olub. Məlumata görə o, iynə vurulduqdan sonra özünü pis hiss edib.


Ölümün tam səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.


Taleh Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə