Mingəçevir şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partlayış Azad Əliyevə məxsus ümumi sahəsi 56 kv.m olan 2 otaqlı mənzildə qeydə alınıb.
Hadisədən sonra yanğın baş verməsə də, mənzilin arakəsmə divarları və 4-cü mərtəbədəki ümumi sahəsi 56 kv.m olan 2 otaqlı qonşu mənzilin hamam otağının tavanı uçaraq dağılıb. Binada yaşayan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Hazırda hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.
Taleh
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB