Ağdaş şəhərində qətl hadisəsi törədilib. Ağdaş rayon prokurorunun köməkçisi Emzar Qocayevin SİA-ya verdiyi məlumata görə, hadisə noyabrın 27-də Babək küçəsindəki çörək zavodunda baş verib.
Rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Əhmədov ailə-məişətmünaqişəsi zəminində kürəkəni Təbriz Mustafayevə bıçaqla ölümcül xəsarət yetirib. Yaralı aldığı xəsarətlərdən yerindəcə keçinib.
T. Əhmədov Ağdaş rayon polis şöbəsi əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Hadisənin baş vermə səbəbinin təfərrüatları araşdırılır.
Taleh
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB