Sürücü iş adamının pul dolu çantasını ogurladı

Sürücü iş adamının pul dolu çantasını ogurladı
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə zərərçəkən Musa Məmmədov ərizə ilə müraciət edib.

Bundan sonra bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Toyota-Prado" markalı avtomaşından oğurluq edənin elə zərərçəkənin sürücüsü Yaşar Mustafayevin oldugunu müəyyən edib. O, maşından içərisində 10000 dollar, 1000 avro və 5000 manat pul olan çantanı oğurladığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam edir.

Taleh

Bütün xəbərlər Facebook səhifəmizdə