Paytaxtda iki nəfər maşında yanaraq öldü. Hadisə ötən gecə Bakı-Ələt yolunda qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Bakının Qaradağ rayonu ərazisində yüksək sürətlə hərəkət edən "İnfiniti" markalı avtomobil maneəyə çırpılıb. Nəticədə maşın alışıb. Avtomobildə olan iki nəfər - Elşən Gözəlov və Hilal Xankişiyev yanaraq ölüblər. Hadisə yerinə gələn Baş Dövlət Yol Polisi İdarəsindən əməliyyatçıları ilkin araşdırmalar zamanı hadisənin buzlu yolda avtomobilin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verdiyi qənaətindədir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB