Bakının Binəqədi rayonu ərazisindən keçən magistral qaz kəmərində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 24-də saat 22:40 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən qaz kəmərində meydana gələn partlayış sonradan yanğına keçib. Hadisə yerinə 5 yanğınsöndürən briqada cəlb olunub. Yanğının qarşının alınması üçün yanğınsöndürənlər bir saat iş aparıblar. Gecə saatlarında yanğının qarşısı alınıb. Yanğın təxminən 200 metr ərazini əhatə edib. Yanğın zamanı yaxınlıqda olan 90 VM 519 dövlət nömrə nişanlı \"Mercedes\" markalı avtomobil yanıb. Hadisə zamanı ölən olmayıb. Qeyd edək ki, partlayışın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda FHN mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB