“Volqa” kanala düşüb -FOTO

Ötən gündən ölkə ərazisində meteoroloji hava şəraitinin kəskin pisləşməsi bölgələrdə də fəsadlar yaşadıb. Kommunikasiya sistemində yaranan problemlərlə yanaşı, yollarda avtomobillərin hərəkətində çətinliklər qəzalara yol açıb. Bu gün səhər saat 08:30 radələrində yolun buz bağlaması nəticəsində 1 avtomobil sürüşərək yoldan çıxıb. Hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən Şirvan kanalının üzərindən keçən körpüdə baş verib. SİA-nın Aran bürosuna məlumat verən Şirvan Polis Şöbəsinin DYP bölməsinin inspektoru Mehdi Muxtarov bildirib ki, sürücü Şirvan sakini 1988-ci il təvəllüdlü Gülməmmədov Elçin Mürvət oğlu "Volqa" markalı 40 BF 797 nömrəli maşını idarə edərkən hava şəraitini nəzərə almadan düzgün sürət həddi seçməmiş və nəticədə yoldan çıxaraq kanala düşüb. Sürücü ilə yanaşı maşında olan sərnişin Məmmədov Hidayət Bibiqulu oğlu xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə