Qarlı hava Tərtərdə ağır yol-nəqliyyat hadisəsinə səbəb oldu

Qarlı hava Tərtərdə ağır yol-nəqliyyat hadisəsinə səbəb oldu

Rayonun Köçərli kəndi ərazisində baş verən yol qəzasında "Kamaz" markalı yük maşını minik maşını ilə toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, zərbənin təsirindən idarə etməni itirən "Kamaz" markalı avtomobil yolun yaxınlığındakı evə çırpılıb və evin divarını dağıdaraq içəri daxil olub.Qəza nəticəsində minik maşını və kamazın sürücüsü isə yaralanıb. Hadisə zamanı ev sahibi də yüngül xəsarət alıb.Minik maşının sürücüsü Şamil Qarayev müxtəlif bədən xəsarəti ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qəza zamanı evin bir divarı tamamilə uçub.

Qeyd edək ki, hadisə ilə bağlı Tərtər rayon polis idarəsində araşdırma aparılır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə