Hacıqabulda baş verən qəza can aldı

Hacıqabulda baş verən qəza can aldı
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Muğan qəsəbəsi ərazisində rayon sakini Ramiz Sarıyev \"VAZ-2107\" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişin - arvadı Gülsurə hadisə yerində ölüb, Sürücü isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə