Yazıçı Rafiq Tağı çərşənbə günü saat 15:40 radələrində dünyasını dəyişib. Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov SİA-ya açıqlamasında deyib ki, R. Tağının vəziyyəti normal olub. Lakin qəfildən pisləşib.
Qeyd edək ki, noyabrın 19-da saat 22:00 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibbi Mərkəzə daxil olub.
Xatırladaq ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB