Sumqayıtda bir nəfər dəm qazından zəhərləndi

Sumqayıtda bir nəfər dəm qazından zəhərləndi

Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1 nəfər dəm qazından zəhərlənib. Hadisə Tağıyev qəsəbə sakini Şəfiqə Velemetovanın evində olarkən baş verib. Sumqayıt şəhər Qaz İstismar sahəsinin H.Z.Tağıyev qəsəbəsi 6 saylı qaz istismar xidməti rəisi Novruz Ələkbərovun SİA-ya verdiyi məlumata görə, hadisə həmin sakinin öz ehtiyatsızlığı üzündən baş verib: " Biz araşdırma apararkən qazın ventilyasiya sisteminin düzgün quraşdırılmadığını gördük. Və dərhal aktlaşdırma apararaq araşırmalarımızı davam etdirirk". Şəfiqə Velemetova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.


Bütün xəbərlər Facebook səhifəmizdə