Masallı rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, rayonun Əhmədli kənd sakini Camil Cəbrayılov \"VAZ-21074\" markalı avtomaşını idarə edərkən Çaxırlı kənd sakini 8 yaşlı Lamiyə Talıblını vurub. Hadisə nəticəsində uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinyət işi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB