Paytaxtda quldurluq hadisəsi baş verib

Paytaxtda quldurluq hadisəsi baş verib
Sabunçu rayonunun quldurluq faktı qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində 4 naməlum şəxs Bakı şəhər sakini Vüqar Həsənova əlindən bıçaqla xəsarət yetirərək, ondan 100 manat pul və mobil telefonunu alıblar. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qaraçı millətindən olan Ruslan, Sani, Rüstəm və Ruslan Mirasliçenkolar saxlanılıblar.

Onların həmin gün rayon ərazisində Bakı şəhər sakini Xalid Quliyevi bıçaqla hədələyərək \"VAZ-2108\" markalı avtomaşınından maqnitofonunu çıxarmaları, münaqişə zəminində Bakı şəhər sakini Ramin Təhməzova bıçaqla bud nahiyəsindən yüngül xəsarət yetirmələri də müəyyən edilib. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub olmaması araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə