Silahlı insidentdə ölən və yaralananların şəxsiyyəti məlum oldu-YENİLƏNİB
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verən silahlı insidentdə ölən və yaralananların şəxsiyyəti məlum oldu. "Mercedes" markalı avtomobildə olan naməlum şəxslər tərəfindən güllələnən şəxslər Hikmət Babayev və onun xalası oğlu Razi Zəkiyevdi. Hikmət Babayev aldəşı güllə yarasından hadisə yerində dünyasını dəyib. Aparılan araşdırmalar zamanı oda məlum olub ki, Hikmət Babayevin baş nahiyəsinə ərazidə olan daşlarla bir neçə dəfə zərbə endirilərək qətlə yetirilib. Razi Zəkiyevi isə hadisə şahidlərinın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ağırdır. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil. Hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB