Eyni mağazanı iki dəfə qarət edən şəxslər yaxalanıb

Eyni mağazanı iki dəfə qarət edən şəxslər yaxalanıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Əmralı Yaqubov və Rəşad Bayramlı noyabrın 19-da yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, onlar noyabrın 12-də Bakıxanov qəsəbəsi Ə.Cəfərov küçəsində yaşayan Tural Həsənova məxsus həmin ünvanda yerləşən mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 850 manat və tütün məmulatları, noyabrın 18-nə keçən gecə yenidən eyni mağazadan 320 manat dəyərində tütün məmulatları və 25 manat dəyərində boyalar oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə