Toyda qətl: Yaralı danışdı-YENİLƏNİB

Toyda qətl: Yaralı danışdı-YENİLƏNİB
Toyda düşən dava bir nəfərin ölümü digərinin yaralanması ilə nəticələnib. Hadisə Salyan rayonunda baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, toyda düşən davada bıçaq yarası alıb Şirvan Mərkəzi xəstəxanasına yerləşdirilən 1992-ci il təvəllüdlü Səfərov Zöhrab Natiq oğlunun dediyinə görə "Azəri" şadlıq sarayının həyətində bir dəstə gənclər arasında dava düşüb. Xəsarət alan Zöhrab Səfərov və onun bibisi oğlu 20 yaşlı Qafarlı Elçin Şahin oğlu ilə birgə çölə çıxıb dalaşanları ayırmaq istəyəndə davada istifadə edilən bıçaqla yaralanıblar. Qaranlıq olduğundan zərər çəkən kim tərəfindən vurulduğunu bilmədiyini qeyd edib. Yaralılar Şirvan xəstəxanasına çatdırılsa da həkimlər 20 yaşlı gəncin, hərbi xidmətdən yeni qayıtmış Elçin Qafarlının həyatını xilas edə bilməyiblər. Çünki bıçaq mərhumun bud nahiyyəsində arteriya damarını kəsib. Sağ qalan dayıoğlu da hər iki bud nahiyyəsindən xəsarət alıb. Salyan Rayon Prokurorluqundan verilən məlimata görə, faktla bağlı Rayon Prokurorluğunda CM-nın 120.1 maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətən şəxsin müəyyənləşməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə