Toyda düşən dava bir nəfərin ölümü digərinin yaralanması ilə nəticələnib. Hadisə Salyan rayonunda baş verib. Salyan Rayon Prokurorlugundan SİA-ya verilən məlimata görə rayonunun Uluxanlı kənd sakin 20 yaşlı Elçin Qafarlı ölü vəziyyətdə, 19 yaşlı Zöhrab Səfərov isə yaralı halda Şirvan rayon Mərkəzi xəstəxanasına gətirilib. Elcin Qafarlının kim tərəfindən qətlə yetirilməsi isə məlum deyil. Hazırda faktla bağlı Salyan Rayon Prokurorluğunda CM-nın 120.1 maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətən şəxsin müəyyənləşməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB