Xızı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən partlayış hadisəsi baş verib. SİA-nın Şimal bölgəsinin verdiyi məlumata görə, hadisə rayonun Türkoba kəndində, Kazımov Nəcib Məcid oğluna məxsus mənzildə qeydə alınıb. Nəticədə ev sahibi 45 yaşlı Nəcib Kazımov, onun həyat yoldası 41 yaşlı Bəxtli Kərimova, övladları 12 yaşlı Zöhrə və 8 yaşlı Yıldız Kazımovalar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Hadisə şahidlərinin bildirdiyinə görə, xəsarət alanların vəziyyətləri ağır olduğundan onlar Bakı şəhəri Nərimanov rayon 5 saylı Kliniki Xəstəxanasına çatdırılıblar.
Partlayış nəticəsində həmçinin mənzilin iki otağı əşyaları ilə birlikdə yanıb. Şahidlərin sözlərinə görə, Xızı rayon yanğından mühafizə briqadalarının gecikməsi mənzilə daha çox ziyan dəyməsinə səbəb olub. Ev sahiblərinin yaxınları bildirir ki, yanğın söndürənlər hadisə yerinə gec gəliblər. Nəticədə isə 4 otaqlı mənzildən 2 otaqı tamamilə yanaraq kül olub. Yanğının qarşısını ancaq kənd sakinləri alıblar.
Hazırda faktla bağlı Xızı Rayon Yanğından Mühafizə İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, hadisə yerinə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev və digər rayon rəsmiləri də baxış keçirib. İcra başçısı tərəfindən zərərçəkmiş ailəyə müxtəlif tikinti materialları verilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB