Bərdədə ağır qətl hadisəsi baş verib

Bərdədə ağır qətl hadisəsi baş verib

Rayonun Mustafaağalı kəndində kişi öz həyat yoldaşını qətlə yetirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, 71 yaşlı Həsənov Rasim Baba oğlu yaşadıqları evdəcə həyat yoldaşı 62 yaşlı Həsənova Reyhan Həmid qızını qətlə yetirib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Rayon prokurorluğundan verilən məlumata görə Həsənov Rasim həyat yoldaşını başına baltayla zərbə vuraraq öldürüb. Daha sonra isə könüllü olaraq rayon polis şöbəsinə gələrək etdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, R.Həsənov və həyat yoldaşı uzun müddət küsülü yaşayıblar. 20 ilə yaxın ayrı yaşayan ər-arvad 2006-cı ildən bəri övladlarının təkidi ilə yenidən birlikdə yaşamağa başlayıb. Lakin R.Həsənova bütün bu təkidlərə baxmayaraq yenə də əriylə barışmayıb. Nəticədə, noyabrın 15-nə keçən gecə 71 yaşlı kişi illər boyu onu bağışlamayan qadını həyətdə baltalayaraq öldürüb. Hadisə zamanı evdə olan Həsənovların gəlini isə səhər saatlarında qayınanasının meyitini qan içində aşkarlayıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsiylə cinayət işi açılıb, araşdırma aparılır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə