Taksi şöferi iş başında dünyasını dəyişdi

Taksi şöferi iş başında dünyasını dəyişdi
Paytaxtda ölüm hadisəsi baş verib. Rəşid Behbudov və Xəqani küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü qəflətən dünyasını dəyişib. Hadisə yerinə gələn Səbail rayon polis şöbəsi əməkdaşlarının SİA-ya verdiyi məlumata görə, dünyasını dəyişən şəxs 45 yaşlı İlqar İsgəndərovdur. Təcili tibbi yardım xidmətindən isə İlqar İsgəndərovun ürək tutmasından öldüyünü deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə