Bakı-Quba-Rusiya sərhədi yolunun 164-cü km də baş verən qəzada avtomobili idarə edən sürücünün az yaşlı qızı dünyasını dəyişib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Nərimanaba kəndindən keçən hissəsində baş verib. Siyəzən sakini 31 yaşlı Samir Xanikişiyevin idarə etdiyi "Mersedes benz" markalı avtomobillə Qubadan Bakıya gedərkən avtomobil qəflətən yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomaşında olan sərnişinlər 57 yaşlı Sevda Xankişiyeva, Xızının Stalçay qəsəbə sakinləri Tünzalə və oğlu Rəşad Əliyevlər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbəsinə çatdırılıblar. Sürücünün 5 yaşlı qızı Fatimə Xankişiyeva isə aldığı xəsarətlərdən hadisə yerində keçinib. Quba mərkəzi rayon xəstəxanasında reanimasiya şöbəsində müalicə olunan sürücü və anasının vəziyyəti daha kiritik olduğu bildirilib.
Sevda Xankişiyeva qapalı kəllə beyin travması kəllə beyin əzilməsi vəziyyətini orta ağır qiymətləndirmək olar. Xankişiyev Samir də kəllə beyin travması və 7 ci boyun fəqərəsinin sınığı snevmatik şok olduğu bildirilib. Cərrahiyə şöbəsində müalicələrini davam etdirən Tünzalə və Rəşad Əliyevlərin vəziyyəti qismən qənaətbəxşdir. Yaralı Tünzalə Əliyeva hadisənin bir andaca baş verdiyini deyib. Hadisə yerində işləyən Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev hadisəyə yüksək sürətin səbəb olduğunu bildirib. İlkin araşdırmalara görə qəza zamanı avtomobil saatda 200 km sürətlə idarə olunub. Qüvvətli zərbədən isə 2 hissəyə bölünən \"Mersedes\"in bir hissəsi yaxınlıqdakı həyətə düşüb.
Faktla bağlı cinayət işi açılıb. Qəzanın dəqiq səbəblərini ayırd etmək üçün avtotexniki ekspertiza təyin edilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB