Axşam saatlarında Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəyoba kənd sakini, 37 yaşlı Zahid Qurbanova məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı yaşayış evi və əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə təcili olaraq Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını göndərilib. Güclü alov geniş sahəni əhatə etdiyindən əraziyə Quba rayonundan daha 1 maşın yanğın söndürmə briqadası cəlb edilib.
Verilən məlumata görə, bütün səylərə baxmayaraq yanğının qarşısını vaxtında almaq mümkün olmayıb. Bu səbəbdən də ev içərisində olan əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Ev sahibi Zahid Qurbanovu Xaçmaz polisi dərhal evindən aparıb. O hadisə görə Xaçmaz polisində izahat yazdığını bildirib.
Xaçmaz Rayon Polis İdarəsindən verilən məlumata görə, ev sahibi Zahid Qurbanov çox vaxt içkili olduğunu və tüfeyli həyat tərzi sürdüyünü bildirib. Zahid Qurbanov sərxoş olduğundan evi özü yandırdığı bildirib.
Hazırda hadisə yerində araşdırma aparılır, yanğının baş vermə səbəbləri həm Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsi, həm də Xaçmaz Rayon Polis İdarəsi tərəfindən aydınlaşdırılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB